Modern.az

Türkiyə baş naziri Medvedevə zəng etdi

Türkiyə baş naziri Medvedevə zəng etdi

27 Sentyabr 2016, 16:47

Türkiyə baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedevə zəng edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon zəngi zamanı “Akkaya” Atom Elektrik Stansiyasının tikintisi və “Türk axını” layihələri müzakirə olunub.

 

Binəli Yıldırım Rusiya baş nazirini “Vahid Rusiya” partiyasının parlament seçkilərindəki qələbəsi münasibətilə də təbrik edib.

 

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir