Modern.az

Günay Əfəndiyeva Türkiyənin mədəniyyət naziri ilə görüşüb - FOTO

Günay Əfəndiyeva Türkiyənin mədəniyyət naziri ilə görüşüb - FOTO

Aktual

27 Sentyabr 2016, 16:58

Sentyabrın 27-də Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı ilə görüşüb.
Modern.az xəbər verir ki, rəsmi görüş zamanı G.Əfəndiyeva qeyd edib ki, üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası vəTürkiyə olan Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və üzv dövlətlərin dövlət başçılarının dəstəyi ilə yaradılıb. Azərbaycan Respublikası Prezidentinin sərəncəmına əsasən, Fond üçün inzibati bina ayrılıb.
G.Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədənin irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, həyata keçirilməsi nəzərdə tutulan gələcək layihələri nazirin diqqətinə çatdırıb.

G.Əfəndiyeva, eyni zamanda, mədəniyyət və turizm naziri Nabi Avcıya Türkiyədə baş vermiş 15 iyul dövlət çevrilişi cəhdi ilə əlaqədar üzüntüsünü bildirib, türk milləti və dövlətinin birgə mübarizəsini demokrasiya və birlik nümunəsi kimi vurğulayıb.

Görüş zamanı Türkiyə Mədəniyyət və Turizm Nazirliyi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında gələcək əməkdaşlığın perspektivləri qarşılıqlı şəkildə müzakirə olunub, mədəniyyət və turizm naziri Nabi Avcının Türk Mədəniyyəti və İrsi Fondunun layihələrinə dair dəstəyi ifadə olunub.

 

Modern.az

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!