Modern.az

Zakir Həsənov Rusiya Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb

Zakir Həsənov Rusiya Hava Kosmik Qüvvələr komandanı ilə görüşüb

Aktual

27 Sentyabr 2016, 18:36

Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün Bakı Ekspo Mərkəzində "ADEX 2016" 2-ci Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə etmiş Rusiya Hava Kosmik Qüvvələrinin komandanı  Viktor Bondarevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Rusiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın inkişafı perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür