Modern.az

“Prezidentin göstərişi ilə erməniləri ifşa edən “Marağa-150” abidəsi bərpa olunacaq”

“Prezidentin göstərişi ilə erməniləri ifşa edən “Marağa-150” abidəsi bərpa olunacaq”

27 Sentyabr 2016, 18:51

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri cənab Əli Həsənov sentyabrın 27-də BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelisi qəbul edib.

 

Görüşdə Furio de Angelis Tərtər rayonunda səfərdə olarkən Şıxarx kəndində “Marağa–150” abidəsinə baxdıqlarını, həmin abidənin şəkillərini çəkdiklərini  də diqqətə çatdırıb.

 

Baş nazirin müavini Əli Həsənov isə bildirib ki,  Ermənilərin Qarabağa köçürülməsini sübut edən çoxsaylı mənbələrdən biri də Tərtər rayonunun Şıxarx kəndində “Marağa–150” abidəsidir. Bu abidə çar Rusiyası ilə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda “Marağa–150” abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Erməni məkrini və yalanını ifşa etmək üçün tutarlı vasitə olan abidə mühüm siyasi əhəmiyyətə malikdir. O, həmçinin qeyd etdi ki, erməni yalanlarını dünyaya çatdırmaq üçün Azərbaycan Prezidenti həmin abidənin tezliklə bərpa olunmasını, ölkəmizə səfər edən insanlara, xarici nümayəndə heyətlərinə göstərilməsi üçün tapşırıqlar verib.

 

Görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandinin dəvəti əsasında 2016-cı il 3-7 oktyabr tarixlərində Cenevrə şəhərində keçiriləcək Ali Komissarın Proqramının İcraiyyə Komitəsinin növbəti 67-ci sessiyasında Baş nazirin müavini cənab Əli Həsənovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı və səfərlə bağlı digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi