Modern.az

İŞİD-in hücumu nəticəsində 3 türk hərbçisi yaralanıb

İŞİD-in hücumu nəticəsində 3 türk hərbçisi yaralanıb

27 Sentyabr 2016, 20:42

Suriyanın şimalında Çobanbəy rayonunda İŞİD qüvvələri Türkiyə hərbçilərinə hücum edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Baş Qərargahı yayıb. Məlumata görə, hücum nəticəsində 3 türk əsgəri yaralanıb.

 

Yaralı əsgərlər Suriya ilə sərhəddə yerləşən Kilisə gətiriliblər.

 

Onlardan birinin vəziyyətinin ağır olduğu deyilir.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-dən "Fərat qalxanı" adı altında Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlayıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir