Modern.az

Dünyada bir ilk: Üç valideyinin övladı oldu

Dünyada bir ilk: Üç valideyinin övladı oldu

Aktual

27 Sentyabr 2016, 20:57

Bu oğlan artıq 5 aylıqdır. O, Meksika ərazisində yaşayır. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, o, yeni texnologiya sayəsində, hətta valideynləri nadir xəstəliyə yoluxsalar belə, sağlam uşaq dünyaya gətirməyə imkan yaradan yeni texnologiya sayəsində dünyaya gəlib.

Oğlanın DNK-sı onun ana və atasının, eləcə də üçüncü adamın – könüllü donorundur. Eksperimentdə İordaniya əsilli valideynlər iştirak ediblər. Oğlanın anasında Li sindromu – pozğunluğudur, əsəb sisteminin inkişafına təsir edir.

İordaniya əsilli cütlük Nyu-Yorkdakı New Hope Fertility Centerdə kömək tapıblar.

Üç valideyndən uşaq doğmaq üsuluna qanunla yalnız Böyük Britaniya ərazisində razılıq verilib. Ancaq unikal genetik kodla bu oğlanın dünyaya gəlməsində amerikalı mütəxəssislərdən ibarət komanda Mexikoda işləyib.

Con Çjananın komandasına 5 embrion lazım olub, onlardan yalnız biri nəticədə normal inkişaf edib. O, anaya implantasiya edilib və 9 ay sonra uşaq doğulub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır