Modern.az

"Neftçi" yenə məğlub oldu

"Neftçi" yenə məğlub oldu

27 Sentyabr 2016, 21:24

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.  Modern.az saytı "Report"a istinadən xəbər verir ki, turun son oyununda "Neftçi" Sumqayıtın eyniadlı komandasını qəbul edib.

"Əlincə Arena"da keçirilən matçda topa ilk toxunuşu meydan sahibləri ediblər. İlk dəqiqələrdən hücuma keçən "Neftçi" 6-cı dəqiqədə hesabı açıb. Cavid İmamverdiyev topu tora qovuşdurub. 13 dəqiqə sonra isə Yusif Nəbiyev hesaba tarazlıq gətirib - 1:1. Komandalar qalan dəqiqələrdə hücumlar etsə də, oyunun birinci hissəsi bu hesabla yekunlaşıb.

İkinci hissədə qonaqlar aktivliyi artırıb. Bunun məntiqi nəticəsində oyunun 71-ci dəqiqəsində Seymur Əsədov komandasının ikinci topunu vurub. Qarşılıqlı hücumlara baxmayaraq, oyunda hesab dəyişməyib və "Sumqayıt" 2:1 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə "Neftçi" 3 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Sumqayıt" isə 7 xalla "Kəpəz"lə 4-5-ci pillələri bölüşür.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?