Modern.az

Antiradarın qadağan edilmə səbəbləri - Video

Antiradarın qadağan edilmə səbəbləri - Video

27 Sentyabr 2016, 22:46

Sürücülər deyirlər ki, əgər yolda radar olduğunu bildirən nişan qoyulursa, radar detektorlarının istifadəsi niyə qadağandır? Axı bu cihaz da məhz radar olub-olmadığını bildirir. Bu cihazların qadağan edilməsinin səbəbləri araşdırılıb.

 

Biri radara sürəti ölçməyə mane olur, digəri isə yolda radar olub-olmadığını göstərir. Söhbət antiradar və radar detektorlarından gedir...

 

Modern.az saytı Xezerxeber.com-a istinadən xəbər verir ki, hər iki cihaz qanunla qadağan olunub. Antiradar və radar detektorlarından istifadə edən sürücüləri isə yüksək məbləğdə cərimə gözləyir.

 

Kamran Əliyevin sözlərinə görə antiradarlar radarların işinə mane olduğuna görə qadağan edilib.

 

Radar detektorları isə sürücünün diqqətini yoldan yayındırdığı üçün qadağan edilib. Sürücü bütün diqqətini yol nişanlarına yox, yalnız həmin cihazdan gələn siqnallara yönəldir.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir