Modern.az

Yupiterdı su buxarı tapılıb - Video

Yupiterdı su buxarı tapılıb - Video

Dünya

27 Sentyabr 2016, 23:14

NASA Yupiter planetinin peyki “Avropa”da su buxarı tapıldığını açıqlayıb. Modern.az saytı xəbər verir ki, agentlik su buxarının “Hubble” teleskopu vasitəsi ilə aşkar edildiyini bildirib.

 

Sözügedən buxar peykin buzlarla örtülü cənub qütbündədir.

 

Qeyd edək ki, alimlərin bu tapıntısı öz təsdiqini taparsa, “Avropa” Günəş sistemində su axıntılarına rast gəlinən ikinci peyk olacaq. Daha öncə “Kassini” kosmik gəmisi Saturnun peyki Enkeladda yüksələn su buxarlarını təsbit etmişdi.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?