Modern.az

Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşır

28 Sentyabr 2016, 00:02

Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşır. Modern.az saytı xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,21% azalaraq bir barelə görə 46,39 dollar olub.

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 3,05% ucuzlaşaraq 44,54 dollara satılıb.

 

Qeyd edək ki, sentyabrın 28-də Əlcəzairdə OPEK ölkələrinin qeyri-formal görüşü keçiriləcək. Gözlənilir ki, iclasda neft hasilatının dondurulması məsələsi yenidən gündəmə gətiriləcək.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı