Modern.az

Müğənni 6500 manat cərimələnib

Müğənni 6500 manat cərimələnib

Aktual

28 Sentyabr 2016, 00:37

Bakı şəhəri Baş Dövlət Yol Polis idarəsi müğənni Ayaz Qasımovun ümumilikdən 6500 manat məbləğində cərimə borcu olduğunu açıqlayıb. Modern.az saytı Atv.az-a istinadən xəbər verir ki, ancaq müğənni deyillənlərlə razı deyil. Belə ki, cərimə ödənməli olan avtomobilin dövlət nömrə nişanı iki il öncə etibarnamə ilə başqa şəxsə satılıb.

 

Bakı Şəhər Baş Dövlət Yol polis idarəsinin bölmə rəisi Vaqif Əsədov deyir ki, qanunla etibarnamə verilən gündən qaydanı kim pozubsa, cəriməni də həmin şəxs ödəməlidir. Əgər yol hərəkəti haqqında qanunun tələblərini pozan şəxsin ünvanı və yaxud telefon nömrəsi düzgün göstərilməyibsə, cərimə protokolları etibarnamə verən şəxsin adına göndərilir. Amma həmin şəxs cəriməni ödəməkdən imtina edərək, dövlət yol polis idarəsinə müraciət edə bilər.

 

Müşahidələr göstərir ki, etibarnamə ilə avtomobil sahibi olan şəxslər bir çox hallarda oxşar problemlərlə qarşılaşırlar.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır