Modern.az

Dövlət Departamenti Azərbaycandakı referendumun nəticələrini tanıyır

Dövlət Departamenti Azərbaycandakı referendumun nəticələrini tanıyır

Aktual

28 Sentyabr 2016, 09:46

ABŞ Dövlət Departamenti Azərbaycanda keçirilmiş 26 sentyabr tarixli referenduma münasibət bildirib.

 

Modern.az saytı xəbər verir ki, gündəlik brifinqdə “Amerikanın Səsi”nin sualına cavab verən Dövlət Departamenti sözçüsünün müavini Mark Toner konstitusiya üzərində keçirilən referendumun insidentsiz ötüşdüyünü bildirib.

 

“Venesiya Komissiyası qeyd edib ki, səsvermə öncəsi proses daha geniş ictimai diskussiyadan faydalanmış olardı. Biz hökuməti qanun pozuntuları barədə məlumatları araşdırmağa çağırırıq”, - Toner bildirib.

 

Toner əlavə edib ki, ABŞ Azərbaycanda daha güclü demokratiya qurulmasını istəyir və Vaşinqton ölkə daxilində şəffaflıq və dialoqu həvəsləndirir.

 

Toner: “Bizim diqqətimiz təsisatların təkmilləşdirilməsinə, Azərbaycan xalqı və hökuməti ilə əməkdaşlıq edərək demokratik prosesin təkmilləşdirilməsinə yönəlib. Demokratik prosesin sonucunu diktə etmək bizim işimiz deyil. Biz onu qeyd edə bilərik ki, pozuntular varsa araşdırılmalıdır, nöqsanlara baxılmalı və onlar aradan qaldırılmalıdır.

Dünən baş vermiş səsverməyə baxırıq. Biz müəyyən etdik ki, burada pozuntulara dair bəzi məlumatlar var...”.

 

Toner deyib ki, "Azərbaycan uzun müddətli idarəçisi, dövlət başçısı olan ölkələr baxımdan unikal deyil”. Onun sözlərinə görə,  ABŞ-ın əsas amacı mövcud strukturlar daxilində prosesi, demokratik təsisatları təkmilləşdirməkdir.

“Biz prezidentlik dönəmlərini diktə edə bilmərik”, -deyə o, bildirib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır