Modern.az

Azərbaycanda gənclərin yaşı dəyişdirilir

Azərbaycanda gənclərin yaşı dəyişdirilir

28 Sentyabr 2016, 10:01

“Referendum nəticəsində gənclərin seçkilərdə iştirakına görə yaş senzlərinin dəyişməsi gənclər haqqında qanunvericilikdə də dəyişiklərə səbəb olacaq”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

 

Deputat bildirib ki, referendum dəyişiklərilə bağlı gənclər yaşı da dəyişəcək.

 

Fuad Muradov bu il “Gənclər siyasəti haqqında” qanuna ciddi dəyişiklərin olacağını söyləyib:

 

“Artıq qanunvericilikdə gənclər yaşı ilə bağlı məsələlər dəyişilməlidir. “Gənclər siyasəti haqqında” qanuna da bu il köklü  dəyişiklər ediləcək.

Bu, zamanın tələbidir. Qanuna dəyişiklik böyük bir paketi əhatə edəcək. Bu dəyişiklər Milli Məclisin payız sessiyasında öz həlini tapacaq”.

Qeyd edək ki, hazırda “Gənclər siyasəti haqqında” qanuna görə, Azərbaycanda 18-29 yaşlı vətəndaşlar gənclər sayılır.

 

 

 

Ağa AKİFOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir