Modern.az

Obama Şimon Peres HAQDA: “Heç kim onun qədər çalışmadı”

Obama Şimon Peres HAQDA: “Heç kim onun qədər çalışmadı”

28 Sentyabr 2016, 11:41

İsrailin 94 yaşında olan keçmiş prezidenti, dövlət xadimi Şimon Peres vəfat edib.

 

Modern.az saytının xəbərinə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun Şimon Peresi xarakterizə edərkən onun Fələstin problemində sülhün tərəfdarı olduğunu bildirib.

 

O, bu barədə Şimon Peresin ölümü ilə bağlı göndərdiyi başsağlığında qeyd edib. Baş katibin sözlərinə görə, Peres BMT-nin fəaliyyətinə töhfə verən şəxslərdən biridir.

 

“Peres İsrailin siyasətində mərkəzi rol oynayırdı. Bu siyasətçi yorulmadan Fələstin-İsrail münaqişəsinin həllinə nail olmağa çalışırdı. O, həmçinin BMT-nin ən yaxşı partnyorlarından biri idi. Mən Pereslə çox görüşlər keçirmişəm və onların hər biri faydalı olub. O, ən çətin anlarda belə barışıq perspektivinə böyük optimizmlə baxırdı”,-deyə o əlavə edib.

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Barak Obama da bəyanatında deyib ki, Peres heç zaman sülh imkanlarını rədd etməyib.

 

“O, Con Kennedidən sonra ABŞ-ın hər bir prezidenti ilə əməkdaşlıq edib. Şimon Peres bu illər ərzində iki dövlət arasındakı əlaqələri möhkəmləndirmək üçün mühüm addımlar atdı. Heç kim bu sahədə onun qədər çalışmayıb”.

 

Aqşin Kərimov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?