Modern.az

“Azərbaycan dünyanın cavab verə bilmədiyi suallara cavab vermək iqtidarındadır

“Azərbaycan dünyanın cavab verə bilmədiyi suallara cavab vermək iqtidarındadır”

28 Sentyabr 2016, 11:46

“Azərbaycan bu gün dünyanın cavab verə bilmədiyi suallara cavab vermək iqtidarındadır. Bugünkü müzakirələr də bunu bir daha sübut edir. Nümayəndə heyəti olaraq əlimizdən gələni edirik ki, bu istiqamətdə işlər yüksək səviyyədə təşkil olunsun”

 

Modern.az-ın xəbərinə görə, bunu AŞPA-da Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov Milli Məclisin sentyabrın 28-də birgə təşkil etdiyi "Qadınların səlahiyyətlərinin genişləndirilməsində və qadınlara qarşı zorakılıqla mübarizədə parlamentarilərin rolu" adlı seminarda çıxışı zamanı deyib.

 

Səməd Seyidov qeyd edib ki, Azərbaycanın bu istiqamətdəki təcrübəsi çox qiymətlidir:

 

“Əminəm ki, bu müzakirələr həm Azərbaycan, həm də Avropa Şurasına daxil olan ölkələr üçün əhəmiyyətli və vacib olacaq. Hansı ölkədə ki qadınlara qarşı zorakılığın aradan qaldırıması üçün səylər göstərilir, deməli bu dövlətin gələcəyi var, cəmiyyət mədəniyyətə çox meyllidir və millətin yaşamağa haqqı var”.

Ağa AKİFOĞLU

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir