Modern.az

“Rusiya və Ermənistan arasında bağlanılan saziş Azərbaycana təsir edə bilər” – EKSPERT

“Rusiya və Ermənistan arasında bağlanılan saziş Azərbaycana təsir edə bilər” – EKSPERT

28 Sentyabr 2016, 11:53

“Rusiya və Ermənistan arasında bağlanılan hər hansı saziş Azərbaycana da müəyyən qədər təsiri edə bilər”.

Bu sözləri Modern.az-a açıqlaması zamanı hərbi ekspert Üzeyir Cəfərov deyib.

 

O bildirib ki, Azərbaycan işğal altındakı ərazilərimiz ilə bağlı Ermənistana iradlarını bildirir və tələblər irəli sürür.

“Bu da təbii bir haldır. Çünki bizim torpaqlarımız işğal altındadır. Ermənistan BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əsasən həmin ərazilərdən geri çəkilməlidir. Əgər geri çəkilməzsə Azərbaycan nəyin bahasına olursa olsun güc tətbiq edəcək”.

 

Üzeyir Cəfərov deyir ki, Ermənistanın adı müstəqil dövlətdir.

“Amma Ermənistanın sərhədləri, iqtisadiyyatı, ordusu bütünlükdə Rusiya tərəfindən idarə olunur. İndi birgə hava hücumundan müdafiə sistemləri yaradırlarsa, o demək deyil ki, Ermənistan Azərbaycana hücum etməyə hazırlaşır. Amma həm Rusiya həm də Ermənistan başa düşməlidirlər ki, Azərbaycan öz ərazi bütövlüyünə görə nə lazımdırsa edəcək.  Çünki həmin ərazilər beynəlxalq müstəvidə Azərbaycan əraziləri kimi tanınır.  Ona görə də bu sazişin Azərbaycana ancaq mənəvi təsiri ola bilər. Çünki Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir. Amma çox təəssüflər olsun ki, Rusiya işğalçı ölkə ilə belə bir addımlar atır. Onlara hərbi parad zamanı silahlar verib”.

 

O qeyd edib ki, bizim üçün narahatçılıq yaradan heç nə yoxdur.

“Azərbaycan bundan sonra Rusiya və Ermənistanın əməkdaşlığına qarşı nə lazımdırsa edib və edəcək. Bildiyimiz kimi Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirir və əlaqələrini genişləndirir. Həmçinin Pakistan və digər ölkələr ilə əməkdaşlıq edir. Ona görə də regionda nə qədər ki, Rusiya və Ermənistan əməkdaşlığı olacaqsa, Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün lazım olan addımları atacaq”.

 

O,  həmçinin Ermənistan siyasətçiləri və hərbiçilərinin başından yekə danışmağına əhəmiyyət verməyin lazım olmadığını bildirib.

 

“Həm Seyran Ohanyan həm də onun müavini David Tonoyan bir neçə gün bundan əvvəl Azərbaycanın Dağlıq Qarabağdan əlini üzməsi ilə bağlı fikirlər səsləndiriblər. Bunların fikirlərinin hamısı boş və mənasızdır. Ona qalsa, həm Amerikanın həm də Rusiyanın nüvə silahları var və neçə illərdir bu silahları bir birilərinə tuşlayıblar. Amma digər bölgələrdə terrorizmə qarşı mübarizə aparırlar və digər addımlar atırlar.  Mən hesab edirəm ki, bu sazişdən əsla narahatçılıq keçirməyə dəyməz”.

 

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir