Modern.az

Xanım satıcı aptekdə güclü təsiredici maddə satarkən tutuldu

 Xanım satıcı aptekdə güclü təsiredici maddə satarkən tutuldu

Aktual

28 Sentyabr 2016, 12:32

 

Maştağa qəsəbəsində apteklərdən birindən güclü təsiredici dərman preparatları aşkar edilərək götürülüb. Bu haqda Daxili İşlər Nazirliyindən Modern.az-a məlumat verilib.

Məlumatda deyilir ki, Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbəsinin ərazisində qəsəbə sakini Elnarə Hüseynova satıcı işlədiyi aptekdə güclü təsiredici maddə olan 5 ədəd “Pregabalin” kapsulasını satarkən saxlanılıb.

 

Aptekə baxış zamanı güclü təsiredici maddə olan 306 ədəd “Tramadol”, 3 ədəd “Pregabalin” kapsulaları, 20 ədəd “Zapicione” həbi, 5 ədəd “Tramadol”, 7 ədəd “Tramaklosidol” ineksiyaları, psixotrop maddə olan 780 ədəd “Fenadiazepin”, 2075 ədəd “Haloperidol”, 150 ədəd “Depakine chrono”, 60 ədəd “Respilon” həbləri, 30 ədəd “Haloperidol”, 24 ədəd “Haloperidol-decanoate”, 70 ədəd “Amitriptylline hydrochlorido” və 19 ədəd “Moditen depo” ineksiyaları aşkar edilərək götürülüb.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır