Modern.az

Uşaqlar arasında yayılan qripin səbəbləri AÇIQLANDI

Uşaqlar arasında yayılan qripin səbəbləri AÇIQLANDI

Aktual

28 Sentyabr 2016, 12:37

Hazırda ölkədə azyaşlılar arasında qrip mənşəli viruslara yoluxma hallarında artım müşahidə olunur. Bəzilərinin etinasız yanaşdığı qrip virusu əslində bir çox xəstəliklərin başlanğıcına rəvac verir. Müşahidə olunan xəstəlik yüksək hərarət, bəlğəmli öskürək, ishal və qusma kimi əlamətlərlə özünü biruzə verir.

 

Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev Modern.az-a açıqlamasında xəstəliyin mövsüm dəyişikliyi ilə bağlı oldğunu deyib:

 

“Azyaşlılar arasında müşahidə olunan qrip, soyuqdəymə halları mövsümi xarakter daşıyır. Uşaqlarda mövsümlə bağlı xəstəliklər var. Yəni hər dəfə fəsil dəyişəndə, xüsusilə də yaz və payız aylarında bu daha çox müşahidə edilməyə başlayır.

 

Ümumi şəkildə isə bunu soyuqdəymə adlandırırlar”.

 

Baş pediatr digər səbəb kimi uşaq kollektivlərinin fəaliyyətə başlamasını göstərib:

 

“Xəstəliyin artması həm iqlimin dəyişməsi, havaların soyuması ilə, həm də sentyabrdan başlayaraq uşaq kollektivlərinin yenidən fəaliyyəti ilə bağlıdır. Uzun müddət aradan sonra uşaqların kollektivlərdə toplaşması da xəstəliklərin artmasını şərtləndirən amildir.

 

Bu vaxt xəstə uşağın digər uşaqları yoluxdurma ehtimalı artır. Ona görə də xəstəliklərin sayı artır. Amma şükürlər olsun ki, uşaqlar arasında virusun törətdiyi qrup şəklində, ağır xəstələnmə, epidemiya yoxdur”.

 

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar