Modern.az

AzTU-da 3 günlük beynəlxalq elmi konfrans başladı

AzTU-da 3 günlük beynəlxalq elmi konfrans başladı

28 Sentyabr 2016, 12:30

Sentyabrın 28-də Azərbaycan Texniki Universitetində «Maşınqayırmada intellektual texnologiyalar»  mövzusunda  beynəlxalq elmi-texniki konfransöz işinə başlayıb. Konfransın keçirilməsində əsas məqsəd maşınqayırmada intellektual texnologiyalar sahəsində müasir elmi-texniki istiqamətlər üzrə mütəxəssislərin apardıqları tədqiqatların və alınmış nəticələrin müzakirəsidir.

 

Konfrans vasitəsi ilə texnoloji inkişaf etmiş ölkələrin təcrübələri, MDB və digər xarici dövlətlərin alimləri ilə elmi əlaqələrin və əməkdaşlığın genişləndirilməsidə mümkün olub.  3 gün davam edəcək konfransda çox sayda tanınmış alimlərin və nüfuzlu qonaqların iştirakı alimlərin təcrübə və bilik mübadiləsi aparması üçün geniş imkan yaradıb.

 

Qonaqlar  arasında Türkiyə,Rusiya, Almaniya və Ukraynadan olan elm adamları çoxluq təşkil edir. Həmçinin böyük zavod və müəssisə rəhbərləri, maşınqayırma sahəsi ilə maraqlanan iş adamları da konfransa qatılıb.

 

Maşınqayırma sahəsinə aid son dərəcə kritik məsələlərin müzakirə olunacağıBeynəlxalq Konfransın işi 8 bölmə üzrə  təşkil olunub.

Maşınqayırma sahəsinin prioritet məsələlərini əhatə edən bölmələrə “İntellektual idarəetmə sistemləri”, “Avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri”, “Maşınların layihələndirilməsində innovativ metodlar”, “Maşınqayırmada keyfiyyət: problemlər və perspektivlər”, “Yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası”, “Bərk cisim, maye və qaz mexanikasının problemləri”, “Logistik sistemlər”, “Təhsildə intellektual texnologiyalar və resurslar” daxildir. Həmin bölmələr üzrə sentyabrın 30-a kimionlarla məruzənin dinlənilməsi planlaşdırılır. 240 elmi məqalənin təqdim olunduğu konfransda məruzələr əsasənmüvafiq bölmələr üzrə intellektual idarəetmə sahəsində əldə olunmuş nailiyyətlərin, avtomatlaşdırılmış layihələndirmə və ekspert sistemləri, yeni kompozisiya materiallarının materialşünaslığı və metallurgiyası, logistik sistemlər, intellektual texnologiyaların inkişaf ənənələri, təhsildə və istehsalatda istifadə olunan innovativ metodlar haqqında müzakirələr olunacaq.

 

Qeyd edək ki, texniki elmlər sahəsində Azərbaycanda flaqman hesab olunan AzTU-da bu ilin noyabr ayında daha bir beynəlxalq konfrans təşkil olunacaq. 23-25 noyabr tarixlərində keçirilməsi planlaşdırılan Beynəlxalq Elmi-Texniki Konfransın məqsədi müasir informasiya və kommunikasiya texnologiyalarının inkişaf ənənələri və perspektivləri sahəsində alimlərin, mütəxəssislərin elmi nailiyyətləri barədə müzakirələrin aparılmasıdır.

 

Telekommunikasiya sahəsində peşəkar kadrların yetişdirilməsində aparıcı rol oynayan Universitet bu sahə üzrə yeni dünya trendlərinə cavab verən innovativ texnologiyaların öyrənilməsi və ölkədə telekommunikasiyanın inkişafına yeni nəfəs vermək niyyətindədir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir