Modern.az

Qobustanda 3 uşaq anası intihar etdi - YENİLƏNİB

Qobustanda 3 uşaq anası intihar etdi - YENİLƏNİB

Aktual

28 Sentyabr 2016, 14:22

Qobustan rayonunda gənc ana intihar edib.

Modern.az APA-ya istinadən xəbər verir ki, Ərəbşalbaş kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədova İntizar Qafur qızı yaşadığı evdə özünü kəndirlə asıb.

 

Üç uşaq anası olan İntizar Məmmədovanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Qobustan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

 

***

Qobustanda intihar edən 25 yaşlı qadın uzun müddət vərəm xəstəliyindən əziyyət çəkib.

 

Bunu lent.az-a Qobustan rayon Ərəbşalbaş kənd bələdiyyəsinin üzvü Ramiz Rəhmanov deyib.

O bildirib ki,  İntizar Məmmədovanın xəstəliyi gün-gündən ağırlaşırdı: “O ailədə heç vaxt problem olmayıb. Əri çox sakit adam idi.

Fəhləliklə məşğul olub. 10 ilə yaxındır evlidirlər. Qayınanası ilə birgə yaşayırdı.  Böyük uşaqları 2-ci sinfə gedir. İnithar səbəbi yəqin ki, xəstəliklə bağlı olub. Ailə problemi olsaydı, xəbərimiz olardı”.

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür