Modern.az

Bu əlamətləri özünüzdə aşkar etmisinizsə...? - Həkim MƏSLƏHƏTİ

Bu əlamətləri özünüzdə aşkar etmisinizsə...? - Həkim MƏSLƏHƏTİ

28 Sentyabr 2016, 14:32

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır.

Babasilin risk faktorları

Bəzən adamlar babasil xəstəliyinə ciddi əhəmiyyət verməməyə çalışırlar. Amma belə deyil. Babasilin risk faktorları aşağıdakılardır:


- xəstəliyə irsi meylliliyin olması;
- bədən çəkisinin normadan artıq olması;
- uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;
- ağır əşyaların qaldırılması;
- xroniki qəbizlik;
- alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;
- tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;
- təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s.

Qeyd etmək lazımdır ki, babasil xəstəliyinin profilaktikası, digər bağırsaq xəstəlikləri kimi, dişlər və mədə xəstəliklərinin profilaktikası olmadan aparıla bilməz.

Babasilin profilaktikası

- Bağırsaqların normal fəaliyyəti üçün daim fiziki gərginlik lazımdır (idmanla məşğul olmaq, uzun müddət ərzində açıq havada gəzmək);

- Əgər işiniz uzun müddət ərzində oturaq haldadırsa (sürücülər, ofis işçiləri və s.), gün ərzində mümkün qədər tez-tez ayağa qalxmaq, gəzmək, sadə idman hərəkətləri etmək lazımdır.

Avtomobilin oturacağı və ya iş yerində oturduğunuz kreslo çox yumşaq olmamalı.

- Nəcis ifraz edilməsinə mütləq nəzarət edərək qəbizliyin olmasına yol verməyin. Babasilin inkişaf etməsinin və ya onun kəskinləşməsinin qarşısını almaq üçün tərkibində kifayət qədər sellüloz olan qidaların qəbul edilməsi kimi pəhriz rejiminə əməl etmək lazımdır. Bu, qəbizliyin aradan götürülməsinə, defekasiya aktının güc vermədən baş verməsinə səbəb olur. Meyvə və tərəvəzlər sellüloz ilə zəngin olur. Sellüloz buğda kəpəyində xeyli miqdarda olur ki, bunları da qidaya əlavə etmək olar.

Qəbizliyi olan insanlar üçün ən sadə bir üsulu qeyd etmək olar: 1 çay qaşığı buğda kəpəyinin üzərinə ¼ stəkan ilıq su əlavə edib 10-15 dəqiqə saxladıqdan sonra içmək lazımdır. İlk 2-3 gün ərzində buğda kəpəyindən 1-2 çay qaşığı istifadə etmək, nəticə alınmadığı halda isə gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən
5-6 çay qaşığına qədər artırmaq olar. Nəcis ifrazı normallaşdıqdan sonra gün ərzində qəbul edilən bugda kəpəyinin miqdarını tədricən azaldaraq 1-2 çay qaşığına çatdırmaqla uzun müddət ərzində qəbul etmək tövsiyə olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub