Modern.az

Liviya Rusiyadan silah istədi

Liviya Rusiyadan silah istədi

28 Sentyabr 2016, 14:33

Liviya ordusunun baş komandanı marşal Xəlifə Həftar Rusiya prezidenti Vladimir Putin və Müdafiə naziri Sergey Şoyquya məktub ünvanlayıb.

 

Modern.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, məktubda Həftar Rusiyadan ölkə qoşunlarına atıcı silah və texnika çatdırılmasına başlanılmasını xahiş edib.

 

Həmçinin verilən məlumatda bildirilir ki, Liviyanın Səudiyyə Ərəbistanındakı səfiri Abdel Basset Bədri Moskvaya ziyarət edib. O, Rusiyanı Liviyada antiterror əməliyyatlarına başlamağa çağırıb.

 

Mirmahmud KAZIMOĞLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır