Modern.az

"Mərkəzi Bank haqqında" qanun dəyişdirilir

"Mərkəzi Bank haqqında" qanun dəyişdirilir

Aktual

28 Sentyabr 2016, 14:58

"Mərkəzi Bank haqqında" və "Dövlət borcu haqqında" qanunlara dəyişikliklərin edilməsi təklif olunur.

 

 Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Ziyad Səmədzadə bildirib. Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Aftandil Babayev dəyişikliklər barədə məlumat verib. Onun sözlərinə görə, "Mərkəzi Bank haqqında" qanuna yeni maddə əlavə edilməsi təklif olunur.

 

Belə ki, Mərkəzi Bankın funksiyalarına "Əmanətlərin sığortalanması haqqında" qanuna uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kreditin verilməsi də daxil edilib. "Dövlət borcu haqqında" qanuna da yeni maddənin əlavə edilməsi təklif olunur.

 

Belə ki, qanuna əlavə edilmiş 3.4-1-ci maddəyə əsasən, Əmanətlərin Sığortalanması Fondunun borcalmaları və onların dövlət zəmanəti ilə təmin olunması qaydası "Əmanətlərin sığortalanması haqqında" qanun ilə tənzimlənəcək. Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar