Modern.az

“Ukrayna səmasındakı təyyarəni ruslar vurub” – Beynəlxalq HESABAT

“Ukrayna səmasındakı təyyarəni ruslar vurub” – Beynəlxalq HESABAT

28 Sentyabr 2016, 15:36

Ukrayna səmasında vurulan MH17 reysini vuran “Buk” raketləri Rusiya ərazisindən gətirilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hollandiyanın baş prokuroru Fred Vesterbeke məlumat verib.

 

Hollandiyalı prokurorun sözlərinə görə “Buk” zenit-raket kompleksi separatçıların nəzarəti altında olan Pervomaysk şəhərindən təyyarəyə atəş açıb və yenidən Rusiya ərazisinə qaytarılıb. Bundan  başqa, təyyarənin düşdüyü ərazi də rusmeylli separatçıların nəzarətində olub.

 

Fred Vesterbeke MH17 təyyarəsinin vurulmasından dolayı azı 100 nəfər şəxsdən şübhələndiklərini deyib.

 

Xatırladaq ki, 2014-cü ildə 298 insanın həlak olduğu təyyarə qəzasının araşdırılması məqsədilə Hollandiya, Malaziya, Avstraliya, Ukrayna və Belçikanın daxil olduğu beynəlxalq araşdırma qrupu yaradılıb.

 

Vüqar İSMAYILOV

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?