Modern.az

Kəmaləddin Heydərov Ağdama gedir

Kəmaləddin Heydərov Ağdama gedir

28 Sentyabr 2016, 16:15

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 sentyabr 2016-cı il tarixində Ağdam rayonunun Quzanlı qəsəbəsində, Fövqəladə Hallar Nazirliyinin (FHN)  Qarabağ Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbulda Ağdam, Bərdə, Tərtər rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Quzanlı qəsəbəsində, FHN-in Qarabağ Regional Mərkəzinin inzibati binasında 29 sentyabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?