Modern.az

“İrəli” yeni layihəyə start verdi

“İrəli” yeni layihəyə start verdi

28 Sentyabr 2016, 16:22

“İrəli” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə sentyabrın 28-də Oğuz rayonunda “SAY: Volunteerinq Festival” (Könüllülük festivalı) layihəsinə start verib. Layihənin açılış mərasimi sentyabrın 28-də Oğuz şəhərindəki “AFRA” otelində keçirilib.

 

Azərbaycanda 2017-ci ildə həyata keçiriləcək IV İslam Həmrəylik Oyunları komitəsi layihə tərəfdaşıdır. Layihənin məqsədi bu zaman çərçivəsində artıq könüllülük təcrübəsi olan gənclərin bilik və bacarıqlarının daha da artırılmasıdır.

 

Məhz bu səbəb həyata keçirilən layihədə gənclər üçün komanda quruculuğu, özünü təqdim etmə bacarıqları, tədbirlərin təşkili və bir çox mövzular üzrə xüsusi təlimlər keçiriləcəkdir. Könüllük festivalı zamanı gənclər bir çox mədəni əyləncəli proqramda iştirak edəcəkdir. Azərbaycan Səmti müəyyən etmə federasiyası, Azərbaycan Atıcılıq Federasiyası, Azərbaycan Hava və Ekstrimal İdman növləri federasiyası Fairex klubu tərəfindən gənclər üçün bir sıra təlim məşq tədbirləri həyata keçiriləcəkdir. Gənclər üçün konüllülük simuliyasiya oyunları, intellektual yarışlar keçiriləcəkdir. Layihə zamanı xüsusi ekspertlərlə görüşlərin keçirilməsi planlaşdırılır.

 

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov və Oğuz rayon Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək respublikamızda geniş vüsət alan könüllülük hərəkatının əhəmiyyətindən danışıb, layihə iştirakçılarına uğurlar arzulayıblar.

 

100-dən artıq gəncin birləşdiyi bir neçə gün ərzində Oğuz rayonunda baş tutacaq layihə zamanı “Xarı bülbül”, “Kəpəz”, “Buta”, “Muğam”, “Nar”, “Alov”, “Qobustan”, “Xəzri” komandaları olaraq bal hesabı iləyarışacaqlar. Sonda qalib komanda xüsusi təltifləndiriləcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi