Modern.az

Jurnalistlər üçün yeni MÜSABİQƏ

Jurnalistlər üçün yeni MÜSABİQƏ

28 Sentyabr 2016, 16:34

Mədəniyyət və Turizm Nazirliyi Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə fərdi jurnalist yazıları müsabiqəsi elan edib.
Modern.az xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycanın multikulturalizm sahəsində çoxəsrlik uğurlu təcrübəsinin araşdırılması və BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarının ölkəmiz üçün əhəmiyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu: Azərbaycan multikulturalizmi dünyada mütərəqqi model kimi qəbul olunur”dur

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.

Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Aşağıdakı redaksiyaların yazıları müsabiqəyə qəbul edilmir:

 Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Yazıların qəbulu 1 iyun 2016-cı il tarixdə başlayıb, 31 oktyabr 2016-cı il tarixdə başa çatır.

Müsabiqədə aşağıdakı yerlər müəyyənləşdirilib:

I yer üçün bir;

II yer üçün iki;

III yer üçün üç yazı

qaliblərinin mükafatlandırılması aşağıdakı kimi nəzərdə tutulub:

I yer - 1000 manat;

II yer - 800 manat;

III yer - 600 manat.

Bundan əlavə, 10 yazı müəllifinə həvəsləndirici mükafat (300 AZN) veriləcək.

Qaliblər, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi diplomu ilə təltif olunacaqlar.


Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir