Modern.az

Yevda Abramov Şimon Peresin dəfninə getməyəcək

Yevda Abramov Şimon Peresin dəfninə getməyəcək

28 Sentyabr 2016, 16:36

“Şimon Peresin vəfatı ilə bağlı İsrailə getməyəcəm. Hələ ki, belə məsələ gündəmdə deyil. Əgər dövlət tərəfindən İsrailə belə bir səfər təşkil olunarsa, o zaman dostluq qrupunun rəhbəri kimi başsağlığına gedərəm”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov deyib. 

Deputat İsrailin sabiq prezidenti Şimon Peresin  ölümünə üzüldüyünü də bildirib.

 

“Şimon Peresin  vəfatına çox üzüldüm. Azərbaycan-İsrail dostluq qrupunun rəhbəri olaraq, mərhumun vəfatı ilə bağlı İsrailin Azərbaycandakı səfirliyinə baş çəkəcəyəm. Xatirə dəftərinə ürək sözlərimi yazacağam”.

 

Qeyd edək ki, eks-prezident Şimon Peres 94 yaşında insultdan vəfat edib.

 

Namidə BİNGÖL 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir