Modern.az

“Qarabağda müharibənin yenidən başlaması realdır” – Erməni ekspert

“Qarabağda müharibənin yenidən başlaması realdır” – Erməni ekspert

28 Sentyabr 2016, 21:12

Ermənistana “İskəndər”lərin verilməsindən sonra Qarabağ məsələsinin tənzimlənməsi ətrafında vəziyyət yenidən kəskinləşib. Ermənistan hakimiyyəti bəyan edib ki, bu Azərbaycanın son illərdəki silahlanmasına qarşı intiqamdır. Öz növbəsində, Azərbaycan Ermənistanı gərginliyin artırılmasında suşlayaraq, qabaqlayıcı tədbirlərin görülməsinin mümkünlüyünü bildirir.

 

Modern.az saytı xəbər verir ki,  regionda yeni təhlükəli vəziyyəti virtualaz.org saytının müxbirinə “Armİnfo” informasiya agentliyinin baş direktoru Emmanuil Mkrtçyan şərh edib.

 

Onun fikrincə, silahlanma hələ heç kimə xeyir gətirməyib. “İskəndər”lərə gəlincə, bu aprel döyüşlərində Azərbaycanın Rusiya və İsrail istehsalı son silah növlərindən istifadəsinə cavabdır. Son illər ərzində Bakı silahlanmaya 5 milyard dollar xərcləyib. Sizcə, Ermənistan özünü müdafiə etməməlidir?” – E.Mkrtçyan bildirib.

 

“Sülhün əldə edilməsi Qarabağ xalqı üçün əsaslı və möhkəm zəmanətin mövcud olacağı təqdirdə mümkündür. Təhlükəsizliyi isə yalnız bunu təqdim edə biləcək böyük dövlətlər təmin edə bilər”, - “Armİnfo”nun baş direktoru münaqişənin həlli yollarından danışarkən bildirib.

 

“Müharibənin yenidən başlamasını real hesab edirsinizmi?” sualına erməni jurnalist “Təəssüf ki, bəli. Qarabağda müharibənin yenidən alovlanması mümkündür” cavabını verib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?