Modern.az

İŞİD-lə əlaqədə ittiham olunan 40 nəfər ömürlük cəza alıb

İŞİD-lə əlaqədə ittiham olunan 40 nəfər ömürlük cəza alıb

28 Sentyabr 2016, 22:33

Misirdə İŞİD-lə əlaqəsi olan 40 nəfər ömürlük azadlıqdan məhrum edilib. Modern.az saytı xəbər verir ki, bu barədə yerli "Əl-Fəcr" qəzeti məlumat yayıb.

Məlumata görə, Zakazig Vilayəti Məhkəməsi İŞİD terror qruplaşması ilə əlaqədə olmuş şəxslər barədə ağır cəza hökmü çıxarıb.

Onlar terror qruplaşmasının İraq və Suriyadakı qurumları ilə əlaqəyə girərək, Misirdə polis və hərbçilər əleyhinə terror aktları törətməyi planlaşdırırmış.

 

Modern.az                 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır