Modern.az

Qubada zəncirvari qəza olub

Qubada zəncirvari qəza olub

Aktual

28 Sentyabr 2016, 22:47

Qubada baş verən zəncirvari qəzada 2 nəfər xəsarət alıb. Modern.az saytı xəbər verir ki, ARB Kanalının məlumatına görə, hadisə Bakı-Quba magistralının rayonun Paşaoba kəndi ərazisindən keçən hissəsində baş verib. Xaçmaz rayon sakini 26 yaşlı Ayaz Xankişiyevin idarə etdiyi, "VAZ-21099" markalı avtomobil Bakı şəhər sakini 33 yaşlı Afiq Abdullayevin idarə etdiyi “İveco” markalı yük maşınına çırpılıb. Daha sonra Quba sakini 33 yaşlı Kamal Həsənovun idarə etdiyi "Volkswagen-Passat" markalı avtomobillə toqquşub.

 

Nəticədə "VAZ-21099" markalı avtomobilin sürücüsü və sərnişin 21 yaşlı Dövlət Xankişiyev xəsarət alıblar. Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəsarət alan şəxslərə lazımi tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az     

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir