Modern.az

Obama Şimon Peresin dəfnində iştirak edəcək

Obama Şimon Peresin dəfnində iştirak edəcək

28 Sentyabr 2016, 23:39

ABŞ prezidenti Barak Obama ötən gün vəfat edən sabiq prezident Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə səfər edəcək. Modern.az saytı xəbər verir ki,  APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bəyan edib.

 

Onun sözlərinə görə, Obama ilə birgə İsrailə ABŞ-ın dövlət katibi Con Kerri də yollanacaq.

 

Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Bill Klinton Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcəyini bildirib.

 

Modern.az                 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır