Modern.az

Partlayış baş verən binanın sakinlərinə yeni mənzillər verilib

Partlayış baş verən binanın sakinlərinə yeni mənzillər verilib

Təhsil

31 Oktyabr 2009, 21:59

Oktyabrın 31-də Bakının Nizami rayonu Naxçıvanski küçəsi, 34 ünvanında yeni beşmərtəbəli, 45 mənzilli yaşayış binası istifadəyə verilib. Modern.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.
Xatırladaq ki, 2008-ci ilin 13 dekabrında bu ünvanda yerləşən yaşayış binasında qaz sızması nəticəsində partlayış baş vermiş, nəticədə 3 nəfər həlak olmuş, 2 nəfər yaralanmış və bina yaşayış üçün yararsız hala düşmüşdü.
Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən, həmin binanın sakinləri üçün Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə 9 ay ərzində yeni yaşayış binası tikilib.
Binanın açılış mərasimində fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, Nizami rayon İcra Hakimiyyətinin nümayəndələri və sakinlər iştirak ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir