Modern.az

Yağış suları mənzili tanınmaz hala salıb

Yağış suları mənzili tanınmaz hala salıb

29 Sentyabr 2016, 00:49

Dünəndən başlayan yağış Bakıda ciddi fəsadlar yaradıb. Modern.az saytı xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, küçələr boyu axan yağış suları evlərə dolub. Belə hallardan biri də Nərimanov rayonunda qeydə alınıb. Rayonun Sübhan Ələsgərov küçəsində yerləşən mənzilə həyətdən yağış suları axıb.

 

Ev sahibinin sözlərinə görə, buna səbəb məhəllədəki kanalizasiya sisteminin yaxşı işləməməsidir. Hadisə nəticəsində evin döşəməsi suyun altında qalıb. Ev əşyaları-xalça, mebel və sairə yararsız hala düşüb. Mənzilin sahibi onu da əlavə edib ki, evinin tavanında heç bir problem yoxdu və dammaq halı qeydə alınmayıb. Evdəki bütün su kənardan daxil olub.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq