Modern.az

Berluskoni 80 yaşını qeyd edir - FOTOLAR

Berluskoni 80 yaşını qeyd edir - FOTOLAR

29 Sentyabr 2016, 11:21

İtaliyanın ən parlaq siyasətçilərindən biri, uğurlu biznesmen, qadınların tanınmış sevgilisi və böyük ailə başçısı – bu ölkənin keçmiş baş naziri Silvio Berluskoni bu gün 80 illik yubileyini qeyd edir.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu yubiley ərəfəsində İtaliyanın coxsaylı qəzet və jurnalları “İrəli, İtaliya” siyasi partiyasının liderinə həsr olunan böyük materiallar çap ediblər.

 

Son zamanlar səhhətindəki problem səbəbindən ictimaiyyət arasında çox görünməyən keçmiş baş nazir özünün Fininvest qrupuna daxil olan və Mondadori nəşriyyatının buraxdığı həftəlik “Chi” jurnalına eksklüziv müsahibə verib.

 

“Mən heç vaxt yaş haqda düşünmürəm. Əksinə, mən həmişə belə, sanki 40 yaşımda olduğu kimi yaşamışam. Mən özümü yaxşı hiss edirəm. Mənim qəlbim nə isə öyrənmək həvəsi, istəyi ilə doludur. Sonra qəflətən xəstəlik peyda oldu, əməliyyat olundum, bundan sonra dərhal düşündüm ki, mən 80 yaşlı adamam”, - yubilyar etiraf edib.

 

Berluskoninin sözlərinə görə, yubileyi bayram etməyi planlaşdırmır və ad gününü ailəsinin yanında keçirəcək: “Heç bir bayram olmayacaq, yalnız 5 uşağımla şam yeməyi. Hamıdan xahiş edirəm ki, heç bir hədiyyə verməsinlər. Əgər kimsə bunu həqiqətən etmək istəyirsə, pulunu xeyriyyəçilik üçün sərf etsin”.

 

 

Modern.az

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi