Modern.az

Təhsil Nazirliyindən məktəblərdə pul yığanlara XƏBƏRDARLIQ

Təhsil Nazirliyindən məktəblərdə pul yığanlara XƏBƏRDARLIQ

29 Sentyabr 2016, 11:47

Təhsil Nazirliyi 5 oktyabr Müəllimlər günü ilə bağlı bəzi məktəblərdə pul yığılması barədə yayılan xəbərlərə münasibət bildlrib.
Modern.az-ın xəbərinə görə, Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məsələ ilə bağlı bildirib:

“Müəllimlər günü ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı kim anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı “qaynar xətt”imizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır