Modern.az

Yağışdan sonra Zığda sürüşmə aktivləşib - RƏSMİ

Yağışdan sonra Zığda sürüşmə aktivləşib - RƏSMİ

Aktual

29 Sentyabr 2016, 12:03

 

Paytaxta davam edən intensiv yağışlardan sonra Zığ sürüşmə zonasında aktivlik müşahidə edilir.

 

Bu haqda Modern.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ESTN) Geoloji planlaşdırma ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

 

Nazirlik rəsmisi deyib ki, hazırda ölkə ərazisində mövsümlə əlaqədar yağıntıların miqdarı artıb:

 

“Abşeron yarımadasında məlum sürüşmə sahələri mövcuddur. Bizim mütəxəssislər tərəfindən gündəlik olaraq monitorinqlər aparılır. Hazırda Zığ sürüşmə sahəsində nisbi aktivlik müşahidə olunur.

Masazır, Bayıl yamacı, Badamdardakı sürüşmə zonlarında ciddi dəyişmə, dinamikasında aktivlik yoxdur. Bir müddət əvvəl narahatlıq doğuran Avtovağzaldakı sürüşmənin qarşısı tam alınıb. Orada bərkitmə işləri aparılıb, istinad divarları tikilib, hazırda elə bir təhlükə hiss olunmur”.

 

A. Bildirib ki, yağışların intensivləşəcəyi təqdirdə Zığ ərazisində təhlükə yarana bilər:

 

“Zığda on illərdir sürüşmə sahəsi mövcuddur. Atmosfer çöküntüləri, texnogen proseslər, insan amili burda birbaşa rol oynayır. Ərazi həmçinin qırılma zonasında yerləşir. Ona görə də, Zığda hər zaman təhlükəni gözləmək olar. Amma bu gün orada nə isə baş verəcəyini söyləmək olmaz, amma aktivləşmə var”.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış  yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub.

 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65, Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm təşkil edib.

 

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm olub.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür