Modern.az

Türkiyədə fövqəladə vəziyyət uzadıla bilər

Türkiyədə fövqəladə vəziyyət uzadıla bilər

29 Sentyabr 2016, 12:14

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclasının yekununda ölkədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasını hökumətə tövsiyə edilməsinə dair qərar qəbul edilib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən MTŞ iclasının yekununa dair bəyanatda qeyd edilir ki, hüquqi dövlətin, eləcə də vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi üzrə səmərəli tədbirlərin həyata keçirilməsi məqsədi ilə fövqəladə vəziyyət rejiminin müddəti uzadılmalıdır.

 

MTŞ iclasında qəbul edilmiş sənəddə "Terror təşkilatları arasında heç bir fərq qoyulmayacaq. Eyni zamanda, bir sıra Aİ ölkələrinin PKK/PYD-YPG kimi terror təşkilatlarının fəaliyyətinə reaksiya verməmələri narahatçılıq yaradır. Terrorizm beynəlxalq siyasətin vasitəsi olmamalıdır” sözləri yer alıb.

 

Həmçinin Türkiyə hökumətinə MTŞ daha bir tövsiyəsi iyul ayının 15-nin Demokratiya və azadlıq günü elan edilməsi olub.

 

 

Mirmahmud KAZIMOĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir