Modern.az

Gələn ilin büdcə layihəsində iqtisadi artım tempi 2020-ci ilə qədər hesablanıb

Gələn ilin büdcə layihəsində iqtisadi artım tempi 2020-ci ilə qədər hesablanıb

29 Sentyabr 2016, 13:30

Gələn ilin dövlət büdcəsi layihəsində 2017-2020 illər arasında ÜDM-in (Ümum Daxili Məhsul) həcmi və real artımı öz əksini tapıb.

 

Modern.az-ın xəbərinə görə, gələn il ÜDM 1 faiz artaraq 61419,6 manat təşkil edəcək.

 

Bu rəqəm 2018-ci ildə 1,5 faiz yüksələrək 63969,7 manat ola bilər.

 

2019-cu ildə ölkədə isə ÜDM-in həcmi və real artımı 67673.9 manat olaraq 2,8 faiz artması proqnozlaşdırılır.

 

Nəhayət 2020-ci ildə ümum daxili məhsul 70539,0 manat təşkil edərək 2,4 faiz həcmində artması gözlənilir.

 

Qeyri-neft sektorunda ÜDM-in real ifadədə 2,5% artaraq 41,7 mlrd. manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 82,8% həcmində nəzərdə tutulur.

 

2017-ci ildə sahə strukturuna görə ümumi daxili məhsulun 4 mlrd. manatı və ya 6,4%-i kənd, meşə və balıqçılıq təsərrüfatının, 22,2 mlrd. manatı və ya 36,2%-i sənayenin, 6,1 mlrd. manatı və ya 9,9%-i tikintinin, 24,3 mlrd. manatı və ya 39,6%-i xidmətlərin istehsalının, 4,8 mlrd. manatı və ya 7,8%-i məhsula və idxala xalis vergilərin payına düşəcək.

 

 

Ağa AKİFOĞLU

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?