Modern.az

Səhiyyə sistemi effektli olan ölkələr - SİYAHI

Səhiyyə sistemi effektli olan ölkələr - SİYAHI

29 Sentyabr 2016, 14:07

ABŞ-ın “Bloomberg” agentliyi dünya ölkələrində səhiyyə sistemlərinin effektlilik reytinqini hazırlayıb.

 

Modern.az agentliyə istinadən xəbər verir ki, əsas meyar olaraq ölkələrdəki orta ömür həddi və səhiyyə sisteminə ayrılan maliyyə məbləğinin Ümum Daxili Məhsul istehsalında olan payı əsas götürülüb.

 

55 ölkənin yer aldığı reytinqdə Azərbaycan səhiyyə sisteminin effektliliyinə görə 52-ci pillədə (30,9 xal) qərarlaşıb. “Bloomberg”in hesablamalarına görə Azərbaycanda orta ömür uzunluğu 70,76 il, səhiyyə xərcləri isə Ümum Daxili Məhsulun 6,04%-ni təşkil edib.

 

Qonşu ölkələrdən Türkiyə siyahıda 49,8 xalla 25-ci pillədə qərarlaşıb. Türkiyədə orta ömür 75,16 və səhiyyə ayrılan vəsait Ümum Daxili Məhsul istehsalının 5,41%-ini təşkil edir. Orta ömür uzunluğu 75,39 il olan və Ümum Daxili Məhsulunun 6,89%-ni səhiyyə sisteminə ayıran İran 47,6 xalla 30-cu pillədə, orta ömür uzunluğu 70,37 il olan və ÜDM-ün səhiyyə ayrılan payı 7,07% təşkil edən Rusiya isə 24,3 xalla reytinqin sonuncu 55-ci pilləsində yerləşib.

 

Səhiyyə sisteminin effektliliyinə görə ilk pillədə Honq Konq dayanır. Bu şəhərdə orta ömür 88,98, ÜDM-də səhiyyə xərclərinin payı isə 5,4% təşkil edir. Buna görə Honq Konq 88,9 xal alıb. Növbəti yerlərdə Sinqapur (orta ömür 82,65), İspaniya (83,8), Cənubi Koreya (82,16), Yaponiya (83,59), İtaliya (82,69), İsrail (82,15), Çili (81,5), Birləşmiş Ərəb Əmirlikləri (77,37) və Avstraliyadır (82,25).

 

Vüqar İSMAYILOV 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir