Modern.az

Bakıda qatar oğlanı vurub öldürdü

Bakıda qatar oğlanı vurub öldürdü

Aktual

29 Sentyabr 2016, 14:09

Tibilisidən Bakıya gələn qatar adam vurub. Bu haqda Modern.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Qurum rəsmisi şəxsin hadisə yerində öldüyünü bildirib:

 

“Hadisə səhər 08:30-da Keşlə stansiya ərazisində baş verib.

 

Oğlan qulaqcıqla yolu keçərkən qatar onu vurub. Hadisə ilə bağlı araşdırma gedir. Həmin müddətdə qatarların hərəkətində gecikmə olub. Artıq hər şey tənzimlənib”.

 

N.Əzməmmədov qeyd edib ki, ölən şəxs 1995-ci il təvəllüdlü, Bakı şəhər sakini Qədir Kamranidir.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir