Modern.az

Gələn il pensiya və müavinətlər üçün bu qədər vəsait ayrılacaq - MƏBLƏĞ

Gələn il pensiya və müavinətlər üçün bu qədər vəsait ayrılacaq - MƏBLƏĞ

29 Sentyabr 2016, 14:11

Azərbaycan Respublikasının 2017-ci il üçün dövlət büdcəsi layihəsində pensiya və təqaüdlərə, ünvanlı sosial yardıma və məcburi köçkünlərin sosial təminatı məqsədi ilə ayrılacaq vəsaitin həcmi açıqlanıb.

Modern.az-ın xəbərinə görə, Azərbaycanda pensiya və müavinətlərin, ünvanlı sosial yardımın, məcburi köçkünlərin sosial məsələlərinin və digər sosial tədbirlərin maliyyə təminatı üçün 2017-ci ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminatı məqsədi ilə 2117, 7 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılıb.

Sosial müdafiə, sosial təminatın maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsinin xərclərinin tərkibində xüsusi çəkisi 12,8 faiz olacaq

2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə ayrılan vəsaitin 1270,0 milyon manatı (əvvəlki illə müqayisədə 24 milyon manat və ya 1,9 faiz çox) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna ayrılmaların (transferin), 597,9 milyon manatı (əvvəlki illə müqayisədə 42,4 milyon manat və ya 7,6 faiz çox) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun müvafiq orqanları vasitəsilə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin, 242,2 milyon manatı (əvvəlki illə müqayisədə 17,8 milyon manat və ya 7,9 faiz çox) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi vasitəsilə qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi tədbirlərinin, o cümlədən məcburi köçkünlərin 850-dən artıq məskunlaşma obyektinin cari təmirinin, məcburi köçkünlərin, istifadə etdikləri elektrik enerjisinin, su haqqının və kanalizasiya xidmətlərinin, mövsümdən asılı olaraq təbii qazın və istilik enerjisinin dəyərinin ödənilməsinin və onlara verilən müavinətlərin maliyyələşdirilməsinə yönələcək.

 

Ağa AKİFOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı