Modern.az

 Bakılı müəllimə atasının qohumlarını axtarır - FOTOLAR

 Bakılı müəllimə atasının qohumlarını axtarır - FOTOLAR

Aktual

29 Sentyabr 2016, 15:02

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsinin sakinin, 196 saylı orta məktəbin müəlliməsi Solmaz Allahverdiyeva öz doğma atasının  keçmişi, anadan olduğu kənd və qohumları haqqında məlumat axtarır.

 

Modern.az saytının redaksiyasına müraciət edən Solmaz xanım atası, İkinci Dünya Müharibəsinin veteranı Məhərrəm Allahverdiyevin keçmişini aydınlaşdırmaq istədiyini deyib.

Atasının uzun illər öncə vəfat etdiyini bildirən Solmaz müəllimə onun keçmişi, hansı bölgədən olması haqda heç nə bilmir. Solmaz Allahverdiyeva ata qohumları ilə tanış olmağı arzulayır.

 

Axtarışlara yardım etmək üçün Solmaz Allahverdiyeva redaksiyamıza atası ilə bağlı bəzi sənədlər də təqdim edib. Məhərrəm Əliyevə təqdim edilən yaş kağızına əsasən, onun 1919-cu ilin 2-ci yarısında anadan olduğu, anasının adının Safura İsa qızı olduğu , milliyətinin isə azərbaycanlı olduğu göstərilib.
Məhərrəm Allahverdiyevin Qubada anadan olduğu bildirilir.

 

Başqa bir sənəd isə Gürcüstan SSR-nın Səhiyyə Nazirliyindən verilib. Sənəddən aydın olur ki, Sovet ordusunun sıralarında alman faşistlərinə qarşı vuruşmuş Məhərrəm Allahverdiyev 1943-cü il martın 18-də ağır vəziyyətdə Tiflis hərbi hospitalına gətirilib. Sonrakı sənədlərdə onun hərbi xidmətə yararlı olmadığı, tərxis edildiyi barədə rəy var.

 

Solmaz Allahverdiyevə onun atasını tanıyanlardan böyük bir ümidlə xəbər gözləyir.

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir