Modern.az

AzTU-nun rektor əvəzi I kurs tələbələri ilə  görüşüb

AzTU-nun rektor əvəzi I kurs tələbələri ilə  görüşüb

29 Sentyabr 2016, 14:30

 

Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xalıq Yahudov Universitetin bütün fakültələrinin birinci kurs tələbələri ilə görüşüb. X.Yahudov ilk öncə dövlətin təhsilə olan qayğısından geniş danışaraq gənclərə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etmələrini tövsiyə edib.

 

XXI əsrin yüksək texnologiyalar əsri olduğunu söyləyən X.Yahudov bu ali məktəbdə tədris metodlarının təkmilləşdirildiyini,müasir laboratoriyaların olduğunu bildirib və milli iqtisadiyyatın inkişafını təmin edən texniki və texnoloji əsaslarını mənimsəyən mühəndis kadrların hazırlanması üçün bütün şəraitin yaradıldığını söyləyib.

 

X.Yahudov beynəlxalq əlaqələrin genişləndirilməsindən,Universitetdə uğurla həyata keçirilən layihələrə diqqət çəkərək tələbələri xarici dilləri yüksək səviyyədə öyrənməyi və həmin layihələrdə iştirak etməyə çağırıb.

 

Tələbələrlə səmimi və bir ata qayğısıyla danışan X.Yahudov onların irad və təkliflərini dinləyib, suallarını cavablandırıb və bildirib  ki,  istedadlı  tələbələrə  qayğı  göstərilməsi,  imkan  və  şərait  yaradılması  vacibdir.

Eyni  zamanda X.Yahudov  bütün  hallarda  tələbələrin  yanında olacağını, onları  narahat  edən problem  olduqda  isə  rəhbərliyə  müraciət  etmələrini  bildirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir