Modern.az

Notariat kontorları bağlanıb? - RƏSMİ

Notariat kontorları bağlanıb? - RƏSMİ

29 Sentyabr 2016, 17:14

Ədliyyə Nazirliyi ölkə ərazisində fəaliyyət göstərən notariat kontorlarının fəaliyyətini dondurması xəbərinə münasibət bildirib.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səyyad Məcidov Modern.az-ın soruğusuna cavab olaraq bildirib ki, yayılan məlumatlar əsassızdır:

“Ədliyyə Nazirliyi tərəfindən notariat kontorlarına hər hansı məktub göndərilməyib. Yəni, notariusların fəaliyyətini dayandırması da mümkün deyil.

 

Sadəcə dünən paytaxtda yağan intensiv yağışlardan sonra optik şəbəkədə problem yaranıb. Sistemdə işin dayanma səbəbi elektron sistemdə yaranan nasazlıqdır”.

 

S.Məcidov bildirib ki, yaxın saatlarda bütün notariat kontorları işini bərpa edəcək.

 

Yayılan məlumatlarda Ədliyyə Nazirliyi tərəfindən Bakıdakı bütün notariat kontorlarına alqı-satqı işlərinin dayandırılması ilə bağlı məktub göndərildiyi bildirilirdi.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi