Modern.az

Ermənistan hökuməti büdcə xərclərini azaldır

Ermənistan hökuməti büdcə xərclərini azaldır

29 Sentyabr 2016, 17:20

Ermənistan hökumətininj bugünkü iclasında 2017-ci ilin dövlət büdcəsinin layihəsi təsdiqlənib. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, baş nazir Karet Karapetyan layihəni “sərt” adlandırıb.

 

“Rəqəmlər gəlirlərin 70 milyard artdığını göstərir, xərclər isə 100 milyard dram azalacaq. Səsləndirilən bütün məsələlər və toxunulan problemlər aktualdır”, - hökumət başçısı bəyan edib.

 

Maliyyə naziri Vardan Aramyanın sözlərinə görə, xarici borc bu il 54,4 faiz olacaq.

 

Onun sözlərinə görə, yaranmış situasiyaya uyğun olaraq hökumət gələn il büdcə xərclərinbi azaldacaq. Layihəyə əsasən, xərclərin miqdarı 1 trilyon  360 milyard dram, kəsir isə 2,8 faiz götürülüb.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir