Modern.az

Hansı nazirliyin kitabxanası var?

Hansı nazirliyin kitabxanası var?

Mədəni̇yyət

16 Fevral 2011, 14:29

Modern.az saytı ayrı-ayrı dovlət qurumlarının kitabxanalarının olub-olmadığını araşdırıb. 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bidirib ki, nazirliyin kitabxanası var. Onun nə zaman yaranmasına gəlincə isə A.Əliyev deyib ki,  bu, nazirliyin yaranma tarixi ilə üst-üstə düşür.

A.Əliyev qeyd edib ki, kitabxanada 15 min kitab fondu var: “Bu kitabxananın qapıları maraqlanan hamı üçün açıqdır. Bizm kitabxana olduqça zəngindir, buradakı kitablardan tələbələr, aspirantlar, ümumiyyətlə iqtisadiyyatla maraqlanan insanlar istifadə edə bilərlər. Kitabxanamıza dünyanın müxtəlif dillərində dərc olunan iqtisadi jurnallar da gətirilir”.
 
Maliyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev bildirib ki, nazirliyin kitabxanası var: “Maliyə, Elm-Tədris Mərkəzinin kitabxanasının əsas vəzifəsi oxuçulara xidmət etməkdir. Bizim kitabxananın əhatə dairəsi genişdir, əsasəsən Maliyə Nazirliyi sistemi işçiləri, tədrisə cəlb edilmiş dinləyicilər və bu sahə ilə maraqlanan digər insanlar istifadə edə bilərlər”.

M.Piriyev onu da deyib ki, tezliklə mövcud kitabların elektron kataloqu yaradılaçaq və naziriliyin yeni saytında yerləşdiriləçək: “Hazırda elektron katoloqun yaradılması prosesi gedir, tezliklə maraqlananlar bu xidmətdən də yararlana biləcəklər.

Kitabxanaya  mütamadi olaraq yeni kitablar gətirilir və kitabxana kifayət qədər zəngindi. Burada kitablarla yanaşı, qəzetlər, avtorefaratlar, jurnallar, dissertasiyalar da var”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, onların da kitabxanası var: “Nazirliyə məxsus mərkəzdə Azərbaycan, rus və ingilis dillərndə kitablar var. Oxucular bu kitabxanadan istifadə edir”.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov da bu qurumun kitabxasının olduğunu və onun maraqlanan oxuçuların üzünə açıq olduğunu söyləyib: “Kitabxana 2004-cü ilin axırları, 2005-çi ilin əvvəlində yaradılıb. Buradakı kitabların sayına gəlincə isə bu barədə dəqiq məlumatım yoxdur”.  

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsinin əməkdaşının sözlərinə görə,  nazirliyin elektron kitabxanası var. Analitik informasiya şöbəsindən bildirildi ki, bu kitabxana istənilən materialı tapmaq üçün daha asan vasitədir. Açar sözlər vasitəsilə bütün sahələrə aid ən son məlumatları əldə etmək mümükündür. Nazirlik əməkdaşının sözlərinə görə, elekton kitabxanada eyni zamanda nazirlik əməkdaşlarının aparıcı səfərləri, görüşləri və çıxışları barədə də ətraflı məlumatlar yerləşdirilir. Elektron kitabxanada nə qədər kitabın oldğuna gəlincə isə bildirilib ki, bunu dəqiq deyə bilməyəcəklər.   

Mədəniyyət və Turizim Nazirliyin mətbuat xidmətinin rəhbəri Zöhrə Əliyeva isə bildirib ki, nazirliyin nəzdində çox sayda kitabxana var. “Mirzə Fətəli Axundov adına Milli Kitabxana, Cəfər Cabbarlı adına Kitabxana və Milli Uşaq Kitabxanası nazirliyin nəzdindədir. Bundan əlavə, çox sayda kitabxana var ki, biz onlardan lazım olduqda istifadə edirik”.

Sədaqət SÜLEYMANOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?