Modern.az

Paytaxtın iki rayonunun qaz təchizatında məhdudiyyət olacaq

Paytaxtın iki rayonunun qaz təchizatında məhdudiyyət olacaq

29 Sentyabr 2016, 20:16

Bu gün paytaxtın bəzi ərazilərinin qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumata görə, qaz məhdudiyyəti Nizami və Xəzər rayonuna tətbiq olunacaq. Belə ki, aşkar olunan qaz sızmasının ləğv olunması və payız-qış mövsümünə hazırlıqla əlaqədar cari təmir işləri aparıldığından sentyabrın 30-da saat 9:00-dan 18:00-dək Nizami rayonunun 8-ci km qəsəbəsi və ətraf ərazinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan işlərin Xəzər rayonunun Şüvəlan qəsəbəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi