Modern.az

Estoniyada sonuncu rusdilli qəzetlər bağlandı

Estoniyada sonuncu rusdilli qəzetlər bağlandı

29 Sentyabr 2016, 20:58

Estoniyanın Postimees Grupp nəşrlər evi oktyabr ayından  sonuncu rusdilli qəzetlərin -“Gündən-günə” və “Rus dilində Postimees”in çapını dayandıracaq. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, nəşrlər evinin idarə heyətinin sədri Peed Kala bunun səbəbini bu qəzetlərin Estoniyada sürətli şəkildə oxucularını və reklam verənləri itirməsi ilə izah edib.

İnternetdə isə bunun əksi müşahidə olunduğundan onlayn-versiyadan istifadə qərarına gəlinib.

“Rus dilində Postimees”in sonuncu sayı sentyabrın 29-da çap olunub. Oxucular “Gündən günə”nin son sayını isə oktyabrın 1-də ala biləcəklər.

Bütün abunəçilərə ala bilmədikləri nömrələrin pulu geri qaytarılacaq.

Avqustun 26-da Tallin dairə məhkəməsi “Estoniya ru məktəbi” təşkilatının idarə heyətinin üzvlərinin apelyasiya şikayətini rədd edərək iki məktəbdə rus dilinin tədrisi ilə bağlı qadağanı qüvvədə saxlayıb.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi