Modern.az

"Qəbələ" doğma meydanda da məğlub oldu

"Qəbələ" doğma meydanda da məğlub oldu

29 Sentyabr 2016, 21:09

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Qəbələ" Bakıda Almaniyanın "Mayns" klubunu qəbul edib. Modern.az saytı xəbər verir ki, "Bakcell Arena"da keçirilən görüşdə ilk qolu qonaqlar vurub. Belə ki, oyunun 41-ci dəqiqəsində "Maynts"ın heyətində çıxış edən Yoşinori Muto Bussmannın ötürməsini qola çevirib. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissəyə isə "Qəbələ" daha aktiv başlayıb. Filip Ozobiçə qarşı rəqib qapıçı Yonas Lössinin kobudluğuna baş hakim Qediminas Mazeyka on bir metrlik cərimə zərbəsi ilə cavab verib. Penaltini dəqiq yerinə yetirən Ruslan Qurbanov 57-ci dəqiqədə bərabərlik qolunu vurub. Bundan sonra təzyiqi artıran Roman Qriqorçukun komandası 62-ci dəqiqədə ikinci qolu vurub. Bu dəfə Sergey Zenyov Baqali Dabonun ötürməsini qola çevirib - 2:1.

Amma 67-ci dəqiqədə azarkeşlər daha bir qol görüb. Bu dəfə "Maynts" hesaba tarazlıq gətirib. Oyuna daxil olandan cəmi bir dəqiqə sonra Con Kordoba Bussmannın ötürməsindən lazımınca yararlanaraq Bezotosnını məğlub etməyi bacarıb.

Matçda son nöqtəni də qonaqlar qoyub. 78-ci dəqiqədə Öztunali Levin "Qəbələ"ni məyus edib - 2:3.

Qeyd edək ki, "Qəbələ" ilk oyununda səfərdə Belçikanın "Anderlext" klubuna 1:3 hesabı ilə məğlub olmuşdu.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...